İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir.
“Report”un xəbərinə görə, bunu bu gün Cenevrədə “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirliklərinin rəhbərləri arasında keçirilən danışıqların yekunları ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deyib.
“İranla bu müzakirələrin aparılması vacib idi. Biz İranın nüvə silahına malik ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və İranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edirik”, – o deyib.
Onun fikrincə, vəziyyət hazırda təhlükəlidir.
Nazir qeyd edib ki, regional eskalasiyanın qarşısını almaq vacibdir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.