Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Şuşada Qarabağ küçəsində olub.
“Report”un Şuşa şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, diplomatlara şəhərin tarixi və erməni işğalına son qoyulmasından sonra aparılan bərpa işləri barədə məlumat verilib.
Səfər zamanı nümayəndə heyəti şəhərin simasının necə dəyişdiyinin şahidi olub və yenidənqurma işlərinin miqyası haqqında məlumat əldə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.