İsrailin Xürrəmabada hücumu nəticəsində “Sepah”ın 10 üzvü həlak olub, 9-u yaralanıb – YENİLƏNİB

İsrailin İranın qərbindəki Kirmanşah əyalətindəki hədəflərə endirdiyi zərbələr nəticəsində beş hərbçi ölüb, doqquzu yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İraqla sərhəddə yerləşən Qəsri-Şirin rayonundakı hədəflər bombalanıb.

12:12

İsrailin İranın qərbində yerləşən Xürrəmabad şəhərinə havadan endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) beş üzvü həlak olub.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More