“Sabah”ın Sloveniya klubu ilə oyunlarının vaxtı müəyyənləşib

“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Sele” (Sloveniya) komandası ilə matçlarının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.

İyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ayın 17-də Sloveniyada baş tutacaq cavab qarşılaşması isə saat 22:00-da başlanacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More