Türkiyə hərbçiləri İraqın şimalında terrorçulara aid mağara və silah-sursat aşkarlayıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam edir.

“Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib”, – məlumatda qeyd olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More