Türkmənistan XİN: İrandan sərhəd-keçid məntəqələri vasitəsilə müxtəlif ölkələrin 2 mindən çox vətəndaşı keçib

Yaxın Şərqdə münaqişə ilə əlaqədar müxtəlif dövlətlərin 2 mindən çox vətəndaşı İran və Türkmənistan arasındakı sərhədi keçib.

“Report” xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Türkmənistanın nəzarət-buraxılış məntəqələri artıq Mərkəzi Asiya ölkələri, Rusiya, Koreya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Qətər, Küveyt, Almaniya, İsveçrə, Danimarka, Böyük Britaniya və digər ölkələrin vətəndaşları olan 2 mindən çox insanı qəbul edib”, – məlumatda qeyd olunub.

XİN-in məlumatına görə, təxminən 50 ölkə İran ərazisini tərk edən vətəndaşlarının tranzitinin təmin edilməsində yardım göstərilməsi xahişi ilə Türkmənistan tərəfinə müraciət edib.

Qeyd olunub ki, Türkmənistan xarici vətəndaşların maneəsiz keçidi və öz ölkələrinə qayıtması üçün bütün zəruri tədbirləri görür. Bu məqsədlə ölkənin quru nəqliyyat dəhlizləri, həmçinin Aşqabadın beynəlxalq hava limanı istifadə olunur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More