Azərbaycanın U-16 basketbol millisi Qazaxıstana yollanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərinə yola düşüb.

Azərbaycan Basketbol Federasiyasından “Report”a verilən məlumata görə, yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq “Airom Cup” beynəlxalq turnirində iştirak edəcək.

Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridir.

Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri “Aul Sport” və “Barsy Atrau” klublarına qarşı keçirəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More