Vircil van Deyk ən yaxşı mərkəz müdafiəçilərinin siyahısında birinci olub

Ən yaxşı mərkəz müdafiəçilərinin siyahısı müəyyənləşib.

“Report” xəbər verir ki, “FourFourTwo” portalının tərtib etdiyi siyahının ilk pilləsində İngiltərənin “Liverpul” komandasının müdafiəçisi Vircil van Deyk yer alıb.

Uilyam Saliba (“Arsenal”, İngiltərə) ikinci, Alessandro Bastoni (“İnter”, İtaliya) üçüncüdür.

İlk “onluğu”u isə Qabriel Maqalyans (“Arsenal”), İbrahima Konate (Liverpul), Antonio Rudiger (“Real”, İspaniya), Markinios (PSJ, Fransa), Pau Kubarsi (“Barselona”, İspaniya), Din Heysen (“Real”) və Ruben Dias (“Mançester Siti”, İngiltərə) qapayır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More