Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) “Report”a verilən məlumata görə, görüşdə qurumun vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.
ACF rəhbərliyi idmançılara etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıblar. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 26–29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.





Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.