Almaniya səfirliyinin əməkdaşları İrandan Azərbaycana təxliyə edilən Avropa İttifaqı vətəndaşlarına dəstək vermək üçün bu gün yenidən Astara sərhəd-keçid məntəqəsində olublar.
“Report” xəbər verir ki, bu barədə Almaniya Azərbaycandakı səfirliyinin “X” hesabında yazılıb.
“Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq”, – paylaşımda bildirilib.
Mənbə: Report.Az

Comments are closed.