Avropalı nazirlər İsrail-İran münaqişəsini və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər

Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirləri Lüksemburqda planlaşdırılan iclasda İsrail-İran münaqişəsini müzakirə edəcək və Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyəcəklər.

“Report” xəbər verir ki, nazirlər həmçinin Qəzzada baş verən humanitar fəlakətə görə bir neçə israilli nazirə qarşı sanksiyalar tətbiq etmək üçün növbəti cəhd edəcəklər, lakin konsensusun olmaması səbəbindən belə bir qərarın verilmə ehtimalı son dərəcə aşağıdır.

Aİ xarici işlər nazirlərinin hazırkı görüşü iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammiti və iyunun 26-27-də Brüsseldə keçiriləcək Aİ dövlət başçılarının görüşündən əvvəl sonuncu iclas olacaq. Odur ki, nazirlər həmçinin, bu sammitlərə hazırlığı da müzakirə edəcəklər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More