“Yaxın Şərqdə davam edən müharibə səbəbindən Azərbaycana gətirilən avtomobillərin ləngiməsi qiymətlərə təsir etməyib”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
Ekspert əlavə edib ki, rəsmi diller və distributorların satdığı qiymətlərdən dəfələrlə ucuz, istehsalçı zəmanəti olmayan, standartlara cavab verməyən avtomobillərin ölkəyə gətirilməsi qeyri-sağlam rəqabət yaradıb:
“Bu səbəbdən ikinci əl avtomobil bazarında durğunluq müşahidə olunur. Müəhhərik həcmi 3 min kub santimetr və daha yuxarı olan avtomobillərin qiyməti 10 faiz ucuzlaşması müşahidə edilir. Payıza qdərə avtomobil bazarında kəskin qiymət bahalaşması gözlənilmir”.
Mənbə: Turkustan.Az
Comments are closed, but trackbacks and pingbacks are open.