“Liverpul”un futbolçusu Çempionşip klubu ilə müqavilə imzalayıb

İngiltərənin “Liverpul” kollektivinin futbolçusu Nataniel Fillips karyerasını “Vest Bromviç”in heyətində davam etdirəcək.

“Report” Çempionşip klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Karyerasının əksər illərini icarə əsasında müxtəlif klublarda keçirən 28 yaşlı oyunçu son olaraq Uels təmsilçisi “Kardiff”in heyətində çıxış edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More