Niderland öz vətəndaşlarının İrandan təxliyəsinə köməyə görə Azərbaycana təşəkkür edib.
“Report” xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında deyilir.
“İrandan Niderland vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təhlükəsiz tranzitinin asanlaşdırılmasında göstərdiyi davamlı dəstəyə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığını bildiririk”, – paylaşımda bildirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.