Mbappe xəstəliyə görə 4-5 kq arıqlayıb

İspaniyanın “Real” (Madrid) komandasının fransalı hücumçusu Kilian Mbappe ABŞ-da keçirilən klublararası dünya çempionatının ilk iki matçında meydana çıxmasına mane olan xəstəliyə görə 4-5 kq arıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Ötən həftə qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilən Mbappe müalicədən sonra evə buraxılıb və idman zalında fərdi proqram üzrə məşqlər edir.

Qeyd edək ki, futbolçunun iyunun 27-də Avstriya təmsilçisi “Zaltsburq”a qarşı oyunda hazır olması gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More