Fransanın “Pari Sen-Jermen” və Braziliyanın “Botafoqo” komandaları ABŞ-də keçirilən klublararası dünya çempionatının pley-off mərhələsinə çıxıblar.
“Repor” xəbər verir ki, B qrupunun son turunda PSJ Amerikanın “Sietl”ini 2:0 hesabı ilə məğlub edib, “Botafoqo” isə İspaniyanın “Atletiko” komandasına 0:1 hesabı ilə uduzub.
PSJ-nin heyətində gürcü yarımmüdafiəçi Xviça Kvaratxeliya fərqlənib.
PSJ, “Botafoqo” və “Atletiko” hərəyə 6 xal toplayıblar. Bu komandalar arasındakı matçlarda qol fərqinə görə qrupda birinci yeri PSJ tutub, ikinci sırada “Botafoqo”, üçüncü sırada isə “Atletiko” qərarlaşıb. “Sietl” xal qazana bilməyib.
Pley-offun ilk mərhələsinin görüşləri 28 iyun – 1 iyul tarixlərində keçiriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.