Zelenski: İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var

Ukrayna müdafiə sənayesi ildə 8 milyon dron istehsal edə bilər, lakin bunun üçün maliyyə çatışmır.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.

“Bizim müdafiə istehsalı potensialımız 35 milyard dollardan çoxdur. Bu, artilleriyadan tutmuş qabaqcıl dron vasitələrinə, raketlərə qədər təxminən 1000 hərbi vasitədir”, – prezident bildirib.

O, bütün potensialın təxminən 40 %-nin lazımi maliyyələşdirməyə malik olmadığını dəqiqləşdirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More