Ağ Ev: İranın zənginləşdirilmiş uranı dağıntılar altında qalıb

Birləşmiş Ştatlar İranın Amerika qüvvələrinin zərbə endirməzdən əvvəl nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.

“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Levitt deyib.

“Sizə deyə bilərəm ki, Birləşmiş Ştatların zənginləşdirilmiş uranın zərbədən əvvəl daşındığına dair heç bir əlaməti yoxdur. O, şənbə gecəsi həyata keçirilən zərbələrin uğuru sayəsində dağıntılar altında qalıb”, – deyə o əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More