Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb

Peru Respublikasının Konqresində “Parlamentdə Birinci Beynəlxalq Elmi-Mədəni Görüş” adlı sərgi keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə iyirmidən çox ölkənin səfirliklərinin nümayəndələri iştirak edib.

Sərginin açılış mərasimində Peru Konqresi Sədrinin ikinci müavini Valdemar Serron Roxas, konqresmenlər – Flavio Kruz Mamami, Elizabet Taipe Koronada, həmçinin Azərbaycan, Malayziya, Yaponiya və Boliviya səfirliklərinin nümayəndələri çıxış ediblər.

Azərbaycan nümayəndəsi çıxışında ölkəmizin zəngin mədəni irsi, turizm imkanları və təqaüd proqramları barədə iştirakçılara məlumat verib.

Azərbaycan stendi sərgi qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Burada Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib, ölkəmizdə təhsillərini davam etmək istəyən perulular üçün mövcud təqaüd proqramları haqqında ətraflı məlumat təqdim olunub.

Sərginin çoxsaylı qonaqlarının sualları cavablandırılıb və müxtəlif materiallar paylanılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More