Britaniya ABŞ-dən nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq

Böyük Britaniya ABŞ-dən B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq.

“Report”un xəbərinə görə, bu barədə Baş nazir Key Starmerin Dəftərxanasının açıqlamasında bildirilir.

“Radikal qeyri-müəyyənlik əsrində biz artıq dünyanı adi hal kimi qəbul edə bilmərik, buna görə də mənim hökumətim milli təhlükəsizliyimizə sərmayə qoyur”, – Britaniya hökumətinin başçısı bildirib.

“The Times” qəzeti qeyd edib ki, Böyük Britaniyanın böhran zamanı belə silahlardan NATO missiyaları çərçivəsində istifadə edə biləcəyi planlaşdırılır. Nəşrin məlumatına görə, Londonun təkliflərinə əsasən, ABŞ-nin nüvə silahları 2008-ci ildən ilk dəfə Böyük Britaniya ərazisində yerləşdiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More