Haluk Görgün: Türkiyənin müdafiə sənayesi böyük potensiala malikdir

Türkiyə yaxşı inkişaf etmiş və yüksək texnologiyalı müdafiə sənayesinə malikdir.

Bu barədə “Report”un Avropa bürosuna Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bildirib.

O qeyd edib ki, ölkə NATO tərəfindən həyata keçirilən satınalmalarda iştirak edir: “Lakin ölkənin töhfəsi yüksək potensial sayəsində əhəmiyyətli dərəcədə daha böyük ola bilər”.

H.Görgün vurğulayıb ki, Türkiyənin NATO çərçivəsində layihələri var: “Lakin hesab edirik ki, daha böyük töhfə verə bilərik. Son iki ildə iştirak etdiyimiz layihələrin sayı artıb. Biz bu iştirakı genişləndirmək üçün çalışırıq”.

Azərbaycanlı jurnalistlərin suallarını cavablandıran H.Görgün NATO Baş katibinin Türkiyənin alyans üçün əhəmiyyətini dəfələrlə vurğuladığını xatırladıb: “Türkiyənin Müdafiə Sənayesi İdarəsi vasitəsilə NATO-nun bütün bölmələrində nümayəndələri var. Hətta bəzi həmkarlarımız müəyyən alt qrupları və infrastruktur layihələrini idarə edirlər”.

Onun sözlərinə görə, NATO-nun satınalma agentliyi yaxın zamanda hava hücumundan müdafiə sistemləri ilə bağlı müsabiqə elan edib.

“NATO-nun hava hücumundan müdafiə təhlükəsizlik arxitekturasını hazırlamaq üçün işçi qrupu yaradılıb. Bu qrupa beş şirkət, o cümlədən Türkiyənin ASELSAN şirkəti dəvət edilib. Türkiyə həm satınalmalar, həm də gələcəyə investisiyalar üçün müdafiə xərclərini atırmağa davam edir”, – İdarə rəisi bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More