“Qarabağ”ın üzvləri Xankəndi şəhərinə səfər ediblər

“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri davam edir.

“Report”un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Xankəndidə gerçəkləşib.

Burada da böyük marağa səbəb olan “köhlən atlar”ın kollektivi yerli sakinlərin sevgi göstəriləri ilə qarşılaşıblar.

Xankəndi sakinləri futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi də unutmayıblar.

Ardınca kollektiv Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Klub üzvləri burada tələbələrlə görüşüblər.

Görüş zamanı çıxış edən Qarabağ Universtetinin rektoru Şahin Bayramov “Qarabağ” klubunu Xankəndi şəhərində görməkdən məmnun olduğunu bildirərək bu cür səfərlərin tez-tez baş tutmasını arzuladığını deyib:

“Sizi bu gün burada görməkdən olduqca məmnunuq. Tələbələrin də sevincini hiss etməmək mümkün deyil. Bu səfərə görə “Qarabağ” klubunun rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə təşəkkür edirik”.

Tələbələrlə görüşdən şad olduğunu dilə gərirən “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanova isə qonaqpərvərliyə görə Qarabağ Universtetinin rəhbərliyinə öz minnətdarlığını çatdırıb.

Qeyd edək ki, “Qarabağ” klubunun üzvləri bundan öncə Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More