“Report” xəbər verir ki, bunu aqronom-mühəndis, “Sanatan Dharma Samaj” təşkilatının prezidenti Elie Shitalou iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “Müstəmləkəçilik və dekolonizasiya dövründə mənəvi aspektlər” mövzusunda beşinci panel sessiyasında deyib.
O, Quadelopun tarixində dərin müstəmləkəçilik siyasətinin həyata keçirildiyini vurğulayıb:
“Quadelop unikal ölkədir. Oranı daha çox Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər. Çünki o, almaz kimi parlayır. Ölkə ərazi baxımından nə qədər kiçik olsa, dəyəri bir o qədər böyük olur. Quadelupun tarixində dərin müstəmləkəçilik siyasəti həyata keçirilib, insanlar qul kimi çalışdırılıb”.
Çıxışçı bildirib ki, Fransanın Qvadelupda həyata keçirdiyi müstəmləkə siyasəti çox mürəkkəb mexanizmə əsaslanıb:
“Çünki onlar təkcə infrastrukturu dağıtmırdılar, eyni zamanda, insanların düşüncəsini də dəyişməyə çalışır, əhalini dilindən və dinindən uzaqlaşdırırdılar. Xristian olmayanları barbar kimi görürdülər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.