Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssislə yanaşı, onun köməkçiləri də postlarını tərk ediblər.
Qeyd edək ki, S.Pioli ötən ilin sentyabrında baş məşqçi təyin olunmuşdu. Komanda 2024/2025 mövsümündə çempionatı üçüncü sırada bitirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.