Tovuzda qidadan zəhərlənən şəxslərin adları məlum olub – YENİLƏNİB

Tovuzda qidadan zəhərlənən şəxslərin adları məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, onlar 2022-ci il təvəllüdlü Ə.Əliyev, 2007-ci il təvəllüdlü A.Cəfərova, 1979-cu il təvəllüdlü X.Musayeva, 2008-ci il təvəllüdlü R.Əmiraslanov, 2017-ci il təvəllüdlü R.Eyvazov, 2013-cü il təvəllüdlü R.Eyvazov, 1983-cü il təvəllüdlü D.Eyvazov, 2019-cü il təvəllüdlü P.Ələkbərli, 2016-ci il təvəllüdlü E.Kərimli, 2018-ci il təvəllüdlü E.Kərimli, 1997-ci il təvəllüdlü Ş.Əliyeva, 2006-cı il təvəllüdlü A.Hüseynovadır.

Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləri və onların qohumlarıdırlar.

18:31

Tovuzda kütləvi zəhərlənmə olub.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların içərisində azyaşlılar da var.

İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More