“Yaşıl Teatr”da “Qvadelup və Azərbaycan ritmləri və rəqsləri” adlı konsert proqramı keçirilib.
“Report” xəbər verir ki, konsert gecəsi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.
Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov deyib ki, təşkilat xarici ölkələrdə 30-a yaxın konsert proqramı təşkil edib:
“Konsert proqramı bu gün ilk dəfə Bakıda, gözəl “Yaşıl Teatr”da keçirilir. Bakı Təşəbbüs Qrupu müstəmləkə ilə mübarizəni təkcə siyasi tərəfdən yox, elmi və mədəniyyət tərəfdən davam etdirir”.
FID-in Qvadelup bölməsinin milli koordinatoru Jean-Jacob Bisep Azərbaycanda ölkəsinin mədəniyyətinin təmsil olunmasına şərait yaratdığı üçün Bakı Təşəbbüs Qrupuna minnətdarlığını çatdırıb.
Gecədə Qvadelupdan olan “Lakou Veranda” və “Natiq” ritm qrupları zəngin proqramla çıxış ediblər. “Mirvari” rəqs qrupunun nümayiş etdirdiyi rəqs kompozisiyası isə gecəyə ayrıca rəng qatıb.
İki ölkənin ortaq mədəni proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Foto: Samirə Həsənova



















Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.