Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında bir günə 6 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının ilk günündə 6 medal qazanıblar.

“Report” xəbər verir ki, bu gün 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.

Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More