Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var – VİDEO

Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Kamil Abdullayev ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More