Hacıqabul rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hərəkətdə olan “Kamaz” markalı yük maşını “QAZ-2104” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.