İrandan Azərbaycan vasitəsilə 60-dan artıq əcnəbi təxliyə edilib

İrandan Azərbaycan vasitəsilə 60-dan artıq əcnəbi təxliyə edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, bu gün “Astara” Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən 60-dan artıq əcnəbi İrandan Azərbaycana daxil olub.

Axşama doğru humanitar dəhlizdən keçərək ölkələrinə yola salınanlar arasında Avstraliya, Niderland, Almaniya, İsveçrə, Britaniya, İtaliya vətəndaşları olub.

Qeyd edək ki, Azərbaycana keçərkən onlara rahat hərəkət üçün şərait yaradılır, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilir və çay süfrəsinə dəvət olunurlar. Rəsmi gömrük prosedurlarından sonra avtobuslarla ölkələrinə yola salınırlar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More