Kəlbəcərdə yük avtomobili aşıb, ölən var

Kəlbəcərdə yük avtomobili aşıb, ölən var.

“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayon ərazisində idarə etdiyi “HOVO” markalı yük avtomobilinin idarəetməsini itirib.

Nəticədə yük avtomobili çaya aşıb və sürücü O.Mustafayev hadisə yerində ölüb.

Məlumat üçün bildirək ki, sürücü Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində işləyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More