“Liverpul” yeni transferini açıqlayıb

İngiltərənin “Liverpul” klubu yeni futbolçu transferini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Mersisayd təmsilçisi son olaraq “Bornmut”da çıxış edən müdafiəçi Miloş Kerkezi heyətinə qatıb. Macarıstanlı oyunçunun müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, M.Kerkez 2024/2025 mövsümündə “Bornmut”da 41 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More