MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff deyib ki, ABŞ-ın zərbələrinin İranın nüvə proqramına ciddi ziyan vurduğuna dair qurumun etibarlı kəşfiyyat məlumatları var.

“Report” xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Onun sözlərinə görə, bunu tarixən etibarlı və dəqiq mənbədən əldə edilən yeni kəşfiyyat məlumatları göstərir.

Ratkliff əlavə edib ki, İranın nüvə obyektlərinin bərpası uzun illər çəkəcək.

Bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi ABŞ və İsrailin zərbələri nəticəsində ölkənin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More