Özbəkistan Ali Məclisi Senatının səkkizinci plenar iclasında 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in ratifikasiyası haqqında qanun müzakirə edilib və təsdiqlənib.
Bu barədə “Report” Özbəkistan Senatına istinadən məlumat verir.
Senatorlar sənədi dəstəkləyərək, onun risklərə hazırlıq səviyyəsinin artırılması və mülki müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.