Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More