Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa ölkələrinə səslənərək Rusiyaya təzyiqin artırılmasını istəyib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevdə sanksiyalar ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edən nazir qeyd edib ki, Moskva bütün konstruktiv təklifləri, atəşkəsi, ABŞ-nin sülh səylərini rədd edib.
“Ciddi dağıdıcı sanksiyalar olmalıdır. Əsas müttəfiqlər və ölkələr arasında koordinasiya ilə dağıdıcı sanksiyalar tətbiq etməsək, sonra çox gec olacaq. Haaqada NATO-ya üzv ölkələrdən olan həmkarlarımla görüşdə hiss etdim ki, onlarda Rusiyadan gələn təhdidləri başa düşmək səviyyəsi artır. Həqiqətən də, biz hamımız müasir tarixin həlledici anındayıq. Avropa ya var olacaq, ya da yox. Bu, bizim indiki seçimimizdən asılıdır”- Ukrayna XİN rəhbəri vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.