İngiltərə Premyer Liqası təmsilçisinin baş məşqçisi bəlli olub

Kit Endryus İngiltərə Premyer Liqası təmsilçisi “Brentford”un baş məşqçi vəzifəsinə təyin olunub.

“Report” xəbər verir ki, 44 yaşlı mütəxəssis iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan sabiq baş məşqçi Tomas Frankı əvəzləyib.

K.Endryus 2024-cü ilin yayından “Brentford”da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirir. O, daha əvvəl “Şeffild Yunayted”, “Milton-Kins Dons” klublarında və İrlandiya millisində məşqçi kimi çalışıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More