“Real Madrid” Avstriyanın “Zaltsburq” komandasını klublararası dünya çempionatının qrup mərhələsinin üçüncü turunda darmadağın edib.
“Report” xəbər verir ki, turnir ABŞ-də keçirilir.
H qrupunun matçı Filadelfiyada keçirilib və 3:0 hesabı ilə başa çatıb. Vinisius, Federiko Valverde və Qonsalo Qarsiya avstriyalıların qapısına qollar vurublar.
“Real” yeddi xal toplayaraq 1/8 finala birinci yerdən çıxıb. Pley-offun ilk mərhələsində Xabi Alonsonun komandası “Yuventus”a qarşı oynayacaq.
“Zaltsburq” dörd xalla üçüncü yerə geriləyib, Meksikanın “Paçuka” komandasını 2:0 hesabı ilə məğlub etmiş Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasını önə buraxıb.
“Əl-Hilal” qrupdan ikinci mövqedə çıxıb və 1/8 finalda “Mançester Siti” ilə qarşılaşacaq. Səudiyyəlilər pley-offa çıxan yeganə Asiya komandası olublar. “Zaltsburq” üçün turnir başa çatıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.