Tramp: Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib

ABŞ administrasiyası tərəfindən tətbiq edilmiş ticarət rüsumları Amerika iqtisadiyyatına təxminən 88 milyard dollar həcmində gəlir gətirib.

“Report” xəbər verir ki, bunu Amerika lideri Donald Tramp iyunun 26-da Ağ evdə büdcə və vergi sahələrində planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı açıqlayıb.

Vaşinqton administrasiyasının başçısı deyib ki, Konqresin mütəxəssisləri ona ABŞ-nin “planlaşdırılandan daha çox vəsait əldə etdiyini” bildiriblər. Amerika liderinin sözlərinə görə, bu məlumatlara əsasən, Birləşmiş Ştatlar “rüsumlardan 88 milyard dollar əldə edib”. Tramp bu hesablamalarla bağlı hər hansı təfərrüat verməyib.

Ağ ev yanında Milli İqtisadi Şuranın başçısı Kevin Hasset may ayının sonunda bildirib ki, ABŞ “rüsumların tətbiqindən bəri tarif daxilolmaları şəklində 50-60 milyard dollar əldə edib”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More