Yardımlıda 9 200 ədəd xaş-xaş kolu məhv edilib

Yardımlıda 9 200 ədəd xaş-xaş kolu məhv ediib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More