ABŞ sanksiyaların ləğvi hesabına İranın uranın zənginləşdirilməsini dayandırmaq istəyir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın bir neçə gün ərzində nüvə proqramı ilə bağlı mümkün razılaşma üçün İranla danışıqlar aparacaq.

“Report” xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, danışıqların mövzusu İrana qarşı sanksiyaları yumşaltması müqabilində Tehranın uranın zənginləşdirilməsini dayandırması olacaq.

Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More