Azərbaycan millisi Belarusda ilk yoxlama matçını keçirib

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

“Report” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More