Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı təşkil olunub

Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı təşkil olunub.

“Report” xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edib.

500-ə yaxın idmançının yer aldığı seminar üç – Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub.

Seminar Şihan Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilib.

Seminarın sonunda idmançılara sertifikatlar təqdim olunub, xatirə fotoları çəkdirilib.

Tədbir 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More