“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

“Report” Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

O, Sumqayıt təmsilçisində “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.

Qeyd edək ki, M.Xaçayev millinin heyətində 1 oyun keçirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More