Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp ölkədəki kütləvi iğtişaşlarla əlaqəli olan təşkilatlara dövlət vəsaitlərinin verilməsini dayandırmağı tapşırıb.

“Report” xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

D.Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kevin Kayli tərəfindən hazırlanan qanun layihəsinin dərhal qəbul edilməsini dəstəklədiyini qeyd edib.

Sənəd ölkədəki kütləvi iğtişaşlarda iştirak edən və ya onları hazırlayan təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

“Mən administrasiyama belə radikal qruplara qanun layihəsindən asılı olmayaraq heç bir vəsait ödəməməyi tapşırıram”, – D.Tramp yazıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More