Ukrayna və Azərbaycan Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı sabiq səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək:
“Bu, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.