Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate1 Youth League və Parakarate Cup” turnirlərində uğurla çıxış ediblər.
“Report” xəbər verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda olan idmançıların mübarizəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.
Qeyd edək ki, hər iki karateçinin şəxsi məşqçisi Sənan Cəfərovdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.