“Barselona” iki mövqeyə futbolçu axtarır

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik iki mövqeyə futbolçu axtarışındadır.

“Report” “Sport.es” nəşrinə istinadən xəbər verir ki, kataloniyalıların çalışdırıcısı müdafiənin sağ cinahında Jül Kindeni və forvard mövqeyində Robert Levandovskini əvəzləyəcək yeni futbolçular istəyir.

La Liqa təmsilçisinin rəhbərliyi 60 yaşlı mütəxəssisin tranafer siyasətindən razıdır.

Xatırladaq ki, daha əvvəl “Barselona” cari transfer pəncərəsində “Espanyol”un qapıçısı Xoan Qarsiyanı heyətinə qatmışdı.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More