Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqavilə müddətini yeniləyib.
Klubdan “Report”a verilən məlumata görə, ötən mövsümdən Gəncə təmilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.