Lando Norris “Formula 1” üzrə Avstriya Qran-prisinin qalibi olub

“Formula 1” üzrə Avstriya Qran-prisinin qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, “Maklaren” komandasından Lando Norris bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More